"Barselona"nın futbolçusu Jül Kunde UEFA Çempionlar Liqasının "İnter"ə qarşı cavab görüşünü buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna müdafiəçinin dünən keçirilən oyunda zədələnməsi səbəb olub.
"İnter"lə qarşılaşmanın 40-cı dəqiqəsində diz nahityəsindən zədə alan Kunde dərhal əvəzlənib.
Qeyd edək ki, cavab matçı mayın 6-da İtaliyanın Milan şəhərində gerçəkləşəcək.