Norveç təmsilçisi "Bodö/Qlimt" Niderlandın "NEC Neymegen" klubunu inamla mübarizədən kənarlaşdıraraq Avropanın ən güclü komandaları sırasına qayıdıb.

Offsideplus.az xəbər verir ki, komandalar arasındakı ilk matçda norveçlilər 3:1 hesablı qələbə qazanıblar, cavab oyununda isə rəqibini 3:0 hesabı ilə darmadağın ediblər.

Beləliklə, iki oyunun nəticəsinə əsasən (6:1) üstün olan “Bodö/Qlimt” adını Avropanın ən güclü klubları sırasına yazdırıb.

Bu möhtəşəm nəticə sayəsində təmsilçi 2026–2027 mövsümü üçün Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmaq hüququ əldə edib.

Xatırladaq ki, “Bodö/Qlimt” ötən mövsüm də Avropada unudulmaz oyun nümayiş etdirərək 1/8 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.