“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Hapoel Beer-Şeva” ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, çalışdırıcı komandanın və azarkeşlərin mübarizəsindən danışaraq deyib:

Nə deyə bilərəm? Hər şey gözəldir. Hər bir azarkeşi qucaqlamaq istəyirəm. Karyeramdakı ən yaxşı komanda “Sabah”dır. Bəlkə də son anda ümidinizi itirmişdiniz. Amma futbolçularım sona qədər mübarizə apardılar. Avropanın ən yaxşı pressinq edən komandalarından birinə qarşı oynadıq”.

Tellur Mütəllimov haqqında danışan baş məşqçi onun komandanın tarixində xoş xatirələrlə qalacağını bildirib:

Tellur gözəl xatirələrlə yadda qalacaq. Nəvələrinə deyəcək ki, gözəl qollar vurmuşam. Tellur və digərləri ilə bağlı deyirəm ki, onlar eqolarını qurban verdilər”.

O, qarşılaşma zamanı rəqibə qarşı müxtəlif sürprizlər etməyə çalışdıqlarını da qeyd edib:

Sürprizlər etməyə çalışdıq. Qalib gələn komanda eyni üslubda oynayır. Onlar ilk oyundakı kimi çıxış etdilər. Müəyyən dəyişikliklər etməli idik. Rəqib də buna uyğun oynamağa çalışdı. Tellur haqqında dediklərim Alekseyə də aiddir. Qola ehtiyacımız olanda onu əvəzləyirik. Hesab 2:2 olanda rəqib hesabı qorumağa çalışırdı. Bunlar əvvəldən düşünülmüşdü. Futbolda bəxt anlayışı abstraktdır”.