"Nyukasl" - "Qarabağ" matçının hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, görüşü italiyalı Davide Massa idarə edəcək.

Ona Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək.

VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaq.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bakıda keçirilən ilk oyunda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.