“Benfika”nın futbolçusu Canluka Prestianininin Vinisius Juniora qarşı davranışına görə ciddi sanksiyalarla üzləşə biləcəyi bildirilir.

Offsideplus.az xatırladır ki, Hadisə ötən gecə “Benfika” – “Real Madrid” matçı zamanı baş verib.

Məlumata görə, FIFA hadisə ilə bağlı araşdırma aparır və futbolçunun dediklərinin qaydaları və yerli qanunları pozub-pozmadığını müəyyənləşdirəcək.

Əgər Prestianini günahkar hesab olunarsa, onu aşağıdakı cəzalar gözləyə bilər:

  • Yüksək maddi cərimə

  • 5–10 oyunluq diskvalifikasiya (tam matçlardan kənarlaşdırma)

  • “Benfika”ya 100 min avrodan çox cərimə

Bildirilib ki, “Benfika” rəhbərliyi mümkün sanksiya riskinə baxmayaraq futbolçunu müdafiə etməyi seçib.