"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"lə matçda Vinisius Juniorun qolundan sonra baş verənlərə toxunub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis braziliyalı futbolçunu günahlandırıb:
“Bu, bir çox stadionda, həmişə eyni şeylərlə təkrarlanırsa, deməli nəsə yanlış gedir.
Viniyə dedim: sən möhtəşəm bir qol vurdun, niyə belə qeyd etdin? Niyə bir qolu sadəcə böyük bir oyunçu olmağın verdiyi xoşbəxtliklə qeyd edə bilmirsən"?.



