"Liverpul"la bir daha qarşılaşsaq, indikidən daha yaxşı təsir bağışlayarıq".
Offsideplus.az xəbər verir ki, bunu "Liverpul"la matçdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəlməyə layiq olduqlarını da bildirib:
"Bu cür hesabla məğlub olmaq istəməzdik, təəssüf hissi keçiririk. Lakin futbolçularımı təbrik edirəm. Keçirdiyimiz 8 oyunda çox risklər aldıq və çətin oyunlar keçirdik. Komandamız pley-off mərhələsinə yüksəlməyi haqq edirdi. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu bizim oyunumuz deyil. Oyunçularımızla matçdan sonra paltardəyişmə otağında söhbət etdik. Onlar da bildirdilər ki, daha yaxşı çıxış edə bilərdilər. Əmin olun ki, "Liverpul"la bir daha qarşılaşsaq, indikidən daha yaxşı təsir bağışlayarıq. Bununla belə, layiqli şəkildə əsas mərhələnin ilk "24-lüy"nə düşdük. Azərbaycan xalıqını təbrik edirəm".
O, "köhlən atlar"ın pley-off mərhələsindəki potensial rəqiblərini də dəyərləndirib:
"PSJ və "Nyukasl" komandalarının özlərinə xas oyun üslubları var. Rəqiblərdən asılı olmayaraq, həmin matçlara diqqətli hazırlaşacağıq".
(report.az)


