Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - səkkizinci turunda oynanılacaq "Liverpul" - "Qarabağ" oyununun hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, görüşü slovakiyalı İvan Krujlyak idarə edəcək.

Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son tur öncəsində "Liverpul" 15 xalla 4-cü, "Qarabağ" 10 xalla 18-ci yerin sahibidir.