Çempionlar Liqasında Liqa mərhələsi sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, "Football Meets Data" portalı turnirə qazanmağa əsas namizəd komandanı açıqlayıb.

Turnirin ən böyük favoriti "Arsenal"dır. Onların çempion olmaq ehtimalı 26 faizdir.

"Bayern Münhen" 17 faizlə ikinci, son çempion PSJ isə 10 faizlə üçüncüdür.

Təmsilçimiz "Qarabağ"ın şansı 0.1 faizdən aşağı olaraq qiymətləndirilib.

Qeyd edək ki, "Arsenal" indiyə qədər Çempionlar Liqasında qalib olmayıb. Onlar hazırda 7 turdan maksimun nəticə göstərərək 21 xalla Liqa mərhələsində liderdir.