UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Ayntraxt Frankfurt" (Almaniya) matçından öncə Ağdam təmsilçisi açıq məşqə çıxıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun futbolçuları Azersun Arenada oyun öncəsi son məşqini keçirib.
Qeyd edək ki, qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada baş tutub.
Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” görüşü saat 21:45-də başlayacaq.
View this post on Instagram


