“Çox vacib oyundur”
Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bununla belə, müəyyən qədər istirahət etməyə imkan tapdıq və az zamanı səmərəli şəkildə dəyərləndirməyə çalışdıq. Əlavə bir yoldaşlıq oyunu keçirsəydik, daha yaxşı olardı. Amma futbolçular çox istəklidirlər.
İnanıram ki, sabah meydanda intizamlı və kollektiv şəkildə oynayan bir komanda görəcəyik.
Rəqibin düşərgəsində də müəyyən dəyişikliklər var. Bu amil bizim üçün müəyyən mənada əlverişsizdir. Çünki onlar belə olan daha yaxşı çıxış etməyə çalışacaqlar”, – deyə Qurban Qurbanov bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


