Almaniyanın "Bayern Münhen" klubu Saşa Boenin qış transferinə çıxmasına açıq olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, klub bazarda oyunçu üçün 20 milyon avroya qədər tələb edir.

Boe indiyədək bir çox təklifləri rədd edib və yalnız yüksək perspektivli klubda oynamağa razıdır. "Kristal Palas" maraqlıdır, lakin hələlik heç bir irəliləyiş və rəsmi danışıqlar yoxdur.

"Qalatasaray" isə vəziyyəti yaxından izləyir.

"Bayern" oyunçunu ən azından alınma öhdəliyi ilə icarəyə vermək istəyir.