Bayern Munich-də gözlənilən baş məşqçi dəyişikliyi bu gün reallaşa bilər.

Offsideplus.az-ın məlumatına görə, "Bild" nəşri yazıb ki, bu gün klubun idarə heyətinin sədri Karl-Hayns Rummenigge və idman direktoru Hasan Salihamiciç mətbuat konfransı keçirərək yeni baş məşqçi olacağı idda edilən Arsen Vengerin təyinatını açıqlayacaq.

Qeyd edək ki, Arsenal-ın sabiq çalışdırıcısı A.Venger yanvar ayından məşqçiliyə qayıdacağını söyləmişdi.

Münhen klubunun hazırkı baş məşqçisi Niko Kovaçdır. Futbolçular Kovaçın qadağalarından narazıdır. Komanda hazırda Bundesliqada 13 xalla 6-cı pillədə qərarlaşıb.