"Bayern"in qapıçısı Manuel Noyer Almaniya millisindən ayrıldıqdan sonra klubla yollarını ayırmağı düşünmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı qapıçı özünü yaxşı hiss etdiyini və "Bayern"dən ayrılma planının olmadığını vurğulayıb: "Mövsümün sonunda komandadan ayrılmaq niyyətim yoxdur. Hər şeyin iyunda sona çatacağını düşünmürəm."

Qeyd edək ki, Neuer 2011-ci ildən bəri "Bayern"də çıxış edir.