Vinsent Kompani "Bayern"in heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin çalışdırıcısı "Arsenal"ın üzvü Aleksandr Zinçenko ilə maraqlanır.

"Topçular"ın heyətində stabil oyun sərgiləməyən müdafiəçi "Bayern"lə keçməyə isti baxır.

Kompani "Anderlext"i çalışdıran zaman ukraynalı onun rəhbərliyində çıxış edib.

Qeyd edək ki, Zinçenkonun hazırkı dəyəri 44 milyon avrodur.