Almaniya Bundesliqasının 22-ci turunun son oyununda "Haydenhaym"a (1:2) qalib gələn "Bayer-04", "Bayern"in ardıcıl 32 matçda uduzmadığı 2019-2020-ci illərdəki nailiyyətini təkrarladı.
Offsideplus.az xəbər verir ki, bu barədə "Opta Sport" "X" sosial şəbəkəsində məlumat yayıb. Bu mövsüm Leverkuzen təmsilçisi məğlub olmadan 28 qələbə qazanıb və 4 dəfə heç-heçə edib.
Xatırladaq ki, Almaniya çempionatının 22 turundan sonra “əczaçılar” 58 xal toplayıb və hazırda ən yaxın izləyicisi “Bayern”i 8 xal qabaqlasa da, münhenlilərin ehtiyatda daha bir oyunu var.
Bundesliqanın növbəti turunda Xabi Alonsonun komandası "Maynts"la qarşılaşacaq. Oyun fevralın 23-də baş tutacaq.