"Bavariya" "Real"ın yarımmüdafiəçisi Daniel Sebalyosu transfer etmək istəyir. 

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı ispaniyalı futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır. Onun azad agent kimi Bundesliqa nəhənginə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Sebalyosun cari mövsümün sonunda "Real"la müqaviləsi başa çatır.