Münhen "Bavariya"sı heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Tottenhem" klubunun əsas hücumçusu Harri Keyni transfer etmək üçün hərəkətə keçib. Münhenlilər 29 yaşlı forvardı komandanı tərk edən Robert Levandovskinin əsas əvəzləyicisi kimi görür. Onun keçidinin bu qış həll ediləcəyi gözlənilir.

Hazırda tərəflər arasında danışıqlar getdiyi qeyd olunur. "Tottenhem"in baş məşqçisi Antonio Konte isə Keyni əldən buraxmaq niyyətində deyil. O, təcrübəli futbolçunun komandadan ayrılmasına qarşıdır. 

Keyn üçün təklif olunan məbləğ isə məlum deyil.

Qeyd edək ki, ingiltərəli hücumçu 13 ildir ki, London klubunun formasını geyinir.