"Borussiya"dan (Dortmund)  ayrıldıqdan sonra klubsuz olan fransalı futbolçu Dan-Aksel Zaqadunun yeni ünvanı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, müdafiəçi azad agent kimi "Ştutqart"a keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Klub oyunçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Zaqadu 2017-ci ildən "Borussiya"da çıxış edirdi. O, Dortmund təmsilçisi ilə Almaniya Bundesliqasında 67,Çempionlar Liqasında 15 oyun keçirib. Zaqadunun sabiq klubu ilə sözləşməsi bu yay başa çatmışdı.