Münhen “Bavariya”sının zədəli futbolçusu Lukas Ernandesin son durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Barselona” ilə oyununda (2:0) zədələnmişdi.

Komandasının ilk qolunu vuran futbolçu tibbi müayindədən keçib. Onun əzələsində problem aşkarlanıb. Lukasın azı bir ay yaşıl meydana çıxa bilməyəcəyi məlum olub.