"Borussiya"(Dortmund) Münhün "Bavariya"sının futbolçusu Niklas Züleni transfer edib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Züle bu mövsüm Bundesliqada meydana çıxdığı 18 matçda 1 qolun ötürməsini verib.