Dortmund "Borussiya"sı dünən Bundesliqanın 22-ci turunda səfərdə “Şalke”ni məğlub edib - 4:0.

Offsideplus.az xəbər verir ki, həmin matç “Borussiya”nın kapitanı Marko Roys üçün əlamətdar olub. Belə ki, “Şalke” ilə görüş 31 yaşlı futbolçunun Bundesliqada 300-cü oyunu olub.

Qeyd edək ki, Roys 2012-ci ildən Dortmund “Borussiya”sında çıxış edir.