Almaniya Bundesliqasının 16-cı turunun "Union Berlin" - "Bayer" oyununda skandal baş verib.

Offsideplus.az xəbər verir ki, rəqib oyunçulardan biri "Bayer"in əfqan futbolçusu Nadim Amiriyə qarşı irqçilik edib. Belə ki, adı açıqlanmayan şəxs 25 yaşlı yarımmüdafiəçiyə irqçi sözlər işlədib. 

Bu hadisədən sonra "Bayer"lilər Amirinin ağladığını görüb.

Futbolçu sonradan həmin şəzsin ondan üzr istədiyini açıqlayıb:

"Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi. Meydanda söylədiyi sözlərə görə üzr istədi, məni səmimiyyətinə inandırdı və onu bağışladım".