"Bayer" 17 yaşlı futbolçusu ilə yeni razılaşma imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Florian Virtzlə "Bayer" arasındakı müqavilə yenilənib. Belə ki, yarımmüdafiəçi 2023-cü ilin iyununa qədər Leverkuzen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Virtz bu mövsüm Bundesliqada 12 oyunda 2 qol vurub və 4 ötürmə verib.