Almaniya Bundesliqasının 13-cü turunda "Bavariya" "Bayer Leverkuzen"in qonağı olub.
Offsideplus.az xəbər verir ki, hesabı 14-cü dəqiqədə möhtəşəm qolla Patrik Şik açıb. Münhen təmsilçilərinin qələbə qollarının müəllifi isə bir neçə gün öncə ilin ən yaxşı oyunçusu seçilmiş Robert Levandovski vurub: 2:1.
Bununla da "Bayer" klubu mövsümdə ilk məğlubiyyətini alaraq 28 xalla ikinci pilləyə düşüb. "Bavariya" isə rəqibindən iki xal üstünlüklə Bundesliqaya liderlik edir.
Oyunun geniş icmalını təqdim edirik:
"Bayer" - "Bavariya" 1:2 (P.Şik, 14. - R.Levandoski, 43, 90+3.)