Almaniyanın “Bayer” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.
Offsideplus.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Mussa Dyabi və Edmond Tapsobadır.
Hücumçu Dyabinin sözləşməsinin müddəti 2025-ci, müdafiəçi Edmondunku isə 2026-cı ilin yayına qədər artırılıb.
Dyabi bu mövsüm Bundesliqada 12, Tapsoba isə 10 oyuna çıxıb.