"Bavariya" komandanı tərk etmək istəyən oyunçusu Martinesin transferi üçün əlavə məbləğ tələb etməyəcək.
Offsideplus.az xəbər verir ki, 7 il "Bavariya" klubunda çıxış edən Xavi Martines ayrılmağı planlaşdırır.
Yarımmüdafiəçi bu istəyini klub rəhbərliyinə bildirib və müsbət cavab alıb. Almaniya təmsilçisi ilə 1 illik müqaviləsi olan oyunçunu transfer etmək istəyən başqa klubların əlavə məbləğ ödəməyə ehtiyacı yoxdur. Belə ki, "Bavariya" Martinesi transfer etmək istəyən klublardan satış məbləği tələb etməyəcək.