Bundesliqada may ayının ən yaxşı gənc futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi Alfonso Devis ən yaxşı gənc futbolçu seçilib.

O,  “Borussiya”nın (Münhenqladbax) futbolçusu Markus Türam və “Leyptsiq”in üzvü Kristofer Nkunkunu qabaqlayıb.

Qeyd edək ki, Devis Bundesliqanın bərpasından sonra iştirak etdiyi 4 oyunda 2 qolla yadda qalıb.