Münhen "Bavariya"sının baş məşqçisi Hans-Diter Flikin taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanı çalışdırmaqda davam edəcək.

55 yaşlı çalışdırıcı Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Razılaşmaya əsasən, Flik 2023-cü ilin yayına qədər "Bavariya"nın "sükanı arxası"nda olacaq.