"Bavariya”nın futbolçusu Kinqsli Koman qəzaya düşüb.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü yağışlı havada yüksək sürətlə gedərkən idarəetməni itirib. Maşın yol kənarındakı səkiyə çırpılıb.
Avtomobil 150 metr sürüşüb. Futbolçu və maşında olan digər şəxslər xəsarət almaslar da, avtomobilə ciddi ziyan dəyib. Futbolçu qəza şəraiti yaratdığı üçün cərimələnib.