"Bavariya" "Mançester Siti" və "Barselona"nın istədiyi "Ayaks"ın iki gənc ulduzunun transferi üçün hərəkətə keçib.
Offsideplus.az "SportBild"ə istinadən xəbər verir ki, Münhen klubunu Frenki de Yonq və Mattis de Lit üçün hollandlara 150 milyon avro təklif etməyə hazırlaşıb.
Bu futbolçular da "Bavariya"da oynamaq istəyir. Hətta onlar qərarlarını "Ayaks" rəhbərliyinə də açıqlayıblar.
Qeyd edək ki, "Transfermarkt" Mattis de Litə 50 milyon avro, Frenki de Yonq üçün isə 40 milyon avro transfer qiyməti müəyyənləşdirib.