“Absheron Lions” heyətinə yeni oyunçu cəlb edib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda heyətinə amerikalı basketbolçu Trevion Lamarı qatıb. 

27 yaşlı oyunqurucusu ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Trevion Lamarın son klubu İsveçrə təmsilçisi “Starwings Basket Basel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.