Azərbaycan Basketbol Liqasında (ABL) bu gün IV turun daha iki oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, ilk olaraq B qrupu çərçivəsində "Sərhədçi" "Naxçıvan"la üz-üzə gəlib. Bu oyundan 69:76 hesabı ilə "Naxçıvan" qalib ayrılıb.
Günün digər qarşılaşmasında A qrupunda çıxış edən "Abşeron Lions"la "Neftçi" qarşılaşıb. "Ağ-qaralar" rəqibə 95:100 hesabı ilə uduzub.



