Ulduz basketbolçu Lebron Ceyms sosial media paylaşımı ilə gündəmi zəbt edib.

Offsideplus.az xəbər verir ki, o, bu gün "Decision 2" yayımlanacağını açıqlayıb.

"Decision 1" 15 il əvvəl yayımlanmışdı.

Lebron o zaman Cleveland Cavaliers komandasından ayrılaraq Miami Heat klubuna qoşulacağını bildirmişdi.

Bu dəfə isə onun mövsümüb sonunda təqaüdə çıxacağını açıqlayacağı gözlənilir.

40 yaşlı L. James 23 mövsümdür NBA-də çıxış edir. Bunu ondan başqa bacaran heç bir basketbolçu yoxdur. 

O, 4 dəfə NBA çempionu olub, 21 dəfə isə All-Star seçilib.

O, eyni zamanda NBA tarixinin ən çox xal atan oyunçusudur.