Əfsanəvi basketbolçu Lebron Ceyms gələcək karyerası ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı idmançı şərəfini qoruduğu Los Angeles Lakers komandasında daha bir il oynamaq niyyətindədir.
Onun meneceri Riç Pol bildirib ki, Kaliforniya klubu ilə müqavilənin müddəti yaxın zamanlarda rəsmən uzadılacaq.
Lebron Ceymsin növbəti mövsüm üçün maaşı 52,6 milyon ABŞ dolları təşkil edəcək. Bununla da o, NBA-da 23 mövsüm oynayan ilk basketbolçuya çevriləcək.
Məşhur basketbolçu 2018-ci ildən Los Angeles Lakers-in şərəfini qoruyur. Bundan öncə, dünya ulduzu Cleveland Cavaliers və Miami Heat klublarında çıxış edib.
Qeyd edək ki, Lebron Ceyms 4 dəfə NBA çempionu tituluna yiyələnib.