"Bu oyundan əvvəl çoxları düşünürdü ki, biz autsayderik. Oyuna yaxşı hazırlaşmışdıq. Murad Babayevin olmaması problemlər yaradırdı. Bu gün Hüseyn Məmmədov və Oğuzxan Quliyev özlərini göstərmək üçün şans əldə etdilər. Və sübut etdilər ki, basketbol oynamağı bacarırlar"
Offsideplus.az xəbər verir ki, bu sözləri NTD klubunun baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Kuboku uğrunda yarışın yarımfinalda "Neftçi" üzərində qələbədən (86:83) sonra deyib.
O, güclü rəqibə qalib gəldiklərini bildirib: "Neftçi" çox güclü komandadır. Onların heyətində Azərbaycan milli komandasının iki basketbolçusu var. Onlar yaxşı oyun göstərdilər. Amma bu gün biz daha güclü olduq".
Qeyd edək ki. NTD finalda "Gəncə" - "Naxçıvan" cütünün qalibi ilə görüşəcək.