Azərbaycan Basketbol Liqasında XIV turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, B qrupu üzrə "Quba" Sərhədçi İdman Mərkəzində "Sumqayıt"la qarşılaşıb.
Şəhriyar Əsgərovun komandası rəqibi 90:80 hesablı məğlubiyyətə uğradıb.
"Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın oyundan sonra klubun mətbuat xidmətinə oyunla bağlı açıqlama verib:
"Quba"nı qələbə münasibətilə təbrik edirəm. Onlar sona qədər mübarizə apardı. Doğrusu, uduzacağımızı gözləyirdim. Çünki "Şəki" üzərində qələbədən sonra uşaqlarda arxayınlaşma baş verdi. Onlar elə bildilər ki, istənilən komandanı məğlub edə bilərik. Xüsusən də komandanın liderləri öz oyununu göstərə bilmədi. Zayon Yanq "qabında deyildi". Atışlarında dəqiqlik faizi çox aşağı idi. Yalnız Saadettin Donatdan razı qaldım. 20 xal və 20 ribaund əla nəticə idi. Ona legionerimiz dəstək verməli idi. Ümid edirəm ki, millilərin oyunu ilə bağlı çempionatda yaranan fasilədən yararlanıb səhvlərimizdən nəticə çıxaracaq və əsl komanda kimi geri dönəcəyik".