Bakı İdman Sarayında Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi saat 12:00-dan start götürüb. Mərasimdə komandaların rəsmiləri və media nümayəndələri iştirak edib.

Püşkatmanın nəticəsinə əsasən cütlər müəyyən olunub:

"Abşeron"/"Quba" - "Naxçıvan"

"Ordu"/"Gəncə" - "Sərhədçi"

"Lənkəran"/"NTD" - "Şəki"

"Neftçi"/"Sumqayıt" - "Sabah"

Qeyd edək ki, kubok oyunları 28 yanvarda start götürəcək. Final oyunu isə 16 mart tarixində keçiriləcək.