Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, böyüklər arasında təşkil edilən turnirin yekun nəticələrinə görə, komanda yarışında qadınlar arasında “Sumqayıt-2”, kişilərin yarışında “Bakı-1” komandaları birinci yerləri tutublar.
Qoşa yarışlarda Məryəm İmanova – Billurə Eminova cütlüyü qadınlar, Emin Məmmədov – Vəzir Allahverdiyev cütlüyü isə kişilərin yarışında qalib olublar.
Qarışıq qoşa yarışlarda Əliverdi Şahgəldiyev – Aylin Əsgərova cütlüyü ən yüksək nəticə ilə fərqləniblər. Şəxsi yarışlarda isə qadınlar arasında Rüfət Əliyeva, kişilərin yarışında Emin Məmmədov birinci yeri tutublar.