İspaniyalı məşhur tennisçi Rafael Nadal 2021-ci ildə heç bir yarışda iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə rəsmi tvitter hesabında ayağından aldığı zədə səbəbindən mövsümü başa vurduğunu yazıb.
Xatırladaq ki, Rafael Nadal bu il Tokio-2020 Yay Olimpiya Oyunlarına və "Uimbldon" turnirinə də qatılmayıb.