"Şarlott Hornets"in heyətində zədəlilərin sayı artıb. Komandanın əsas oyunçularından Kon Knippel və Qrant Uilyams bud əzələsindəki problemə görə, Kobi Uayt isə baldır əzələsindəki zədə səbəbindən sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, son olaraq Brendon Miller baldır nahiyəsindən zərbə alıb, 2026-cı il NBA dreftinin 18-ci seçimi Kristian Anderson isə topuq burxulması ilə üzləşib. Klub rəhbərliyi hər iki basketbolçunun uzun müddət meydançadan kənarda qalmayacağını ümid edir. Əsas heyət üzvlərinin yoxluğunda "Şarlott Hornets" yoxlama oyununda "Bruklin Nets"ə 90:124 hesabı ilə uduzub.