LeBron Ceyms qarşıdakı NBA mövsümündə ardıcıl 20-ci dəfə Milad günü keçiriləcək qarşılaşmada meydana çıxa bilər. Bu göstərici ilə o, artıq liqanın rekordçusudur. İkinci yerdə qərarlaşan Kobe Brayantın aktivində isə 16 belə oyun var.

Offsideplus.az xəbər verir ki, Ceyms ilk dəfə 2003-cü ildə, "Klivlend"in heyətində 18 yaşında olarkən Milad matçında iştirak edib. 2007-ci ildən etibarən isə hər il bu ənənəni davam etdirir. 25 dekabrda "Filadelfiya Siksers" səfərdə Ceymsin sabiq komandası "Los Anceles Leykers"lə qarşılaşacaq.