Azərbaycanın kişilərdən ibarət basketbol milli komandasının baş məşqçisi Tahir Baxşıyev AVRO-2029-un ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək İrlandiya və Şimali Makedoniya ilə matçlar üçün heyəti müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, heyətdə ölkə klubları ilə yanaşı, İspaniyanın "Tenerife" klubunun da üzvü yer alıb. Siyahıda "Sabah" 4 basketbolçu ilə ən çox təmsil olunan klubdur. "Neftçi", "Gəncə", "Şəki" və "Abşeron Lions"dan 2, "Ordu", "NTD" və "Tenerife"dən isə hərəyə 1 idmançı dəvət alıb.
Amil Həmzəyev, Əkbər Məmmədov ("Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov ("Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov ("Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat ("Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat ("Abşeron Lions").
Qeyd edək ki, heyətdə yer alan Əkbər Məmmədov və İsmayıl Abdullayev zədə səbəbindən hazırlıq prosesini erkən başa vurmalı olublar.



