“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Kubokunda “Şəki” ilə oyundan sonra fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi bildirib ki, komandada təşkilatçılıq və oyun planı üzərində davamlı iş aparılır:

“Bura gəldiyim ilk gündən klubu təşkilatçılıq və oyun planında daha yaxşı səviyyəyə qaldırmaq üçün əmək sərf edirəm. Bu mövsüm daha güclü rəhbərliklə daha irəli getmək istəyirik. İnanıram ki, belə də olacaq. Ardıcıl ikinci dəfədir ki, kubokda final oynamaq haqqı əldə edirik. Düzgün yolda olduğumuzu düşünürəm. Komandamı təbrik edirəm.”

Atlı, həmçinin, fiziki çətinliklər və növbəti oyun barədə danışıb:

“İki gün ərzində fiziki olaraq 1/4 və yarımfinal mərhələsində oynamaq çətindir. Rəqibimizə qarşı bu gün üstün oyun sərgilədik. Bayram günü deyil, qarşıda daha bir oyun var. Həmin matça diqqətimizi yönəltmişik. Hamımız ötən mövsüm əldə edə bilmədiyimiz kuboku qazanmaq istəyirik. Bir gün istirahət etmək üçün vaxtımız var. Hazırlaşacağıq, əlimizdən gələnin ən yaxşısını edib qalib gəlmək fikrindəyik.”

Baş məşqçi komandası ilə qürurunu ifadə edib və finala fokuslandığını vurğulayıb.