"Oyunçuların enerjisi və istəkli olmasını bəyəndim".
Offsideplus.az xəbər verir ki, bu sözləri NTD-yə qarşı Azərbaycan Basketbol Liqası matçından sonra "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis söyləyib. O, 121:76 hesabı ilə yekunlaşan oyun haqda fikirlərini bölüşüb:
"Fasilə oyunçulara faydalı oldu. Çempionlar liqasında keçirdiyimiz oyunlardan sonra basketbolçuların bir qədər istirahətə ehtiyacı var idi. Başqa sözlə komandaya mənəvi olaraq yenilənmə lazım idi. Ümumilikdə komandanın çıxışından razı qaldım".



