"Lənkəran" basketbol klubu Antoni Tseqakele ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, Qabon yığmasının üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan "Xixon" klubunda çıxış edəcək.



