Danimarka Kubokunun final matçı 14 dəqiqəlik dayandırılıb.

Offsideplus.az BBC-yə istinadən  xəbər verir ki, "Olborq" və "Sönneryüsk" maçtının baş hakim azarkeşlərin sosial məsafə qaydasını pozması səbəbindən oyunu 30-cu dəqiqədə saxlayıb. 

Neytral meydanda keçirilən oyun üçün sosial məsafə gözlənməklə 725 bilet satılıb.

 “Olborq”un azarkeşləri koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyiblər. Bəzi tərəfdarlar stadiondan çıxarıldıqdan sonra oyun davam edib.

Qeyd edək ki,  2:0 hesablı qələbə qazanan "Sönneryüsk" kuboka sahib çıxıb. Bu klubun qazandığı ilk kubok olub.

 113188174 aalborg3