"Bavariya"nın hücumçusu Robert Levandovski "Real Madrid"dən təklif alanda çox sevindiyini etiraf edib.

 

Offsideplus.az xəbər verir ki, polşalı ulduz “Bild” nəşrinə müsahibəsində "Bavariya"da qaldığı üçün peşman olmadığını da bildirib:

“Real” əla klubdur. Onların təklifinə çox sevinmişdim. Ancaq “Bavariya”da qaldım və peşman deyiləm. Biz bir ailəyik. Münxendə xoşbəxtəm. Mən komandanın əsas oyunçusuyam və bura tam alışmışam. Klubun nə qədər güclü olduğunu bilirəm. Avqust ayında 32 yaşım olacaq. Amma özümü 27, 28 bəlkə də daha az yaşda hiss edirəm. İllərdir ən yüksək səviyyədə oynamaq istəyirəm və buna nail olmaq üçün əlimdən gələni edirəm. Özüm üçün heç bir sərhəd qoymamışam, hər zaman daha da yaxşı ola biləcəyimə inanıram".

Qeyd edək ki,  “Bavariya” ilə 2023-cü ilə qədər müqaviləsi olan Levandovski cari mövsüm heyətində 42 oyunda 49 qol vurub.