Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

 Offsideplus.az xəbər verir ki, üç günü əhatə edən mərhələnin son matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gələcəklər.

"Neftçi" Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

14 oktyabr 13:30.

“Dinamo” – “Füzuli”

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.

Hakim-inspektor: İmanxan Sultani.

Neftçi Futbol Mərkəzi.