Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Farer adalarına qarşı keçirəcəyi səfər oyunu canlı yayımlanacaq. 

Offsideplus.az xəbər verir ki,  qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə azarkeşlərə təqdim ediləcək.

Sabah Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçiriləcək Farer adaları - Azərbaycan qarşılaşmasına Bakı vaxtilə saat 22:45-də start veriləcək.